Hicran Hüseynova Şəhid Hüseynov Akif Knyaz oğlunun abidəsini ziyarət edib -Fotolar
17 yanvar 2025-ci il tarixində Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Hüseynov Akif Knyaz oğlunun Sumqayıt şəhər, 2-ci mikrorayonda yerləşən, yenidən abadlaşdırılan abidəsini ziyarət etdik və qəhrəman şəhidlərimizin xatirəsini böyük ehtiramla andıq. Abidənin önünə gül dəstələri düzdük, şəhidlərimizin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqları bir daha dərin hörmətlə xatırladıq.
Bu ziyarət zamanı şəhid ailələrinə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı haqqında danışdıq. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək qayğı və dəstək ölkəmizin sosial siyasətində prioritet təşkil edir. Şəhid ailələrinin rifahının təmin edilməsi, onların maddi və mənəvi ehtiyaclarının qarşılanması bu qayğının nə qədər dərin və səmimi olduğunu bir daha sübut edir.
Şəhidimizin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
Hüseynovlar ailəsi əsil Azərbaycan ailəsidir. Onların vətənpərvərliyi və fədakarlığı hər birimiz üçün əsl nümunədir. Bu ailənin bir sıra müraciətlərinə həssaslıqla yanaşaraq, hər zaman onların yanında olduğumuzu bildirdik. Bizə göstərdikləri doğma və səmimi münasibətə görə Hüseynovlar ailəsinə dərin təşəkkürümü bildirirəm. Ailəyə bir daha səbr diləyir, Vətən uğrunda canını fəda edən Akif Hüseynovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova