AZ

Məşhur fenomen pul yığmaq üçün körpəsini zəhərlədi

Avstraliyanın Kvinslend əyalətində izləyicilərindən ianə toplamaq üçün 1 yaşlı körpəsini dərmanla zəhərləyən 34 yaşlı sosial media fenomeni həbs edilib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın körpəsində sağalmaz xəstəlik olduğunu iddia edib və pul toplamaq üçün foto və videolarını paylaşıb.

2024-cü ilin oktyabrında körpə xəstəxanaya aparıldıqdan sonra tibb işçiləri hadisədən xəbər tutdular.

Həkimlər 2024-cü il avqustun 6-dan oktyabrın 15-dək körpəyə həkim icazəsi olmadan bir neçə dərman verildiyini müəyyən ediblər. 

Qadının bu üsulla 37 min dollardan çox ianə toplayıb.

İşgəncə, zəhərlənmə, uşaq istismarı və dələduzluqda ittiham olunan qadının sabah məhkəmə qarşısına çıxacağı gözlənilir.


Seçilən
23
soz.az

1Mənbələr