AZ

“Turan Tovuz” rəsmisi əndişəli azarkeşlərin ürəyinə su səpdi – “daha 4-5 futbolçu...”

Anton Kraçkovski, Rəhim Sadıxov və Orxan Əliyev...

"Turan Tovuz" qış fasiləsində hücum xəttini gücləndirmək məqsədilə yuxarıda adı çəkilən futbolçuları heyətinə qatsa da, azarkeşlərin haqlı narahatlığı davam edir. Rusiyalı haqda ətraflı məlumatı oxucularımıza təqdim etmişik. Bəllidi ki, Kraçkovskinin yeni komandasına, ümumiyyətlə, premyer-liqaya uyğunlaşmaq üçün vaxta ehtiyacı olacaq. Orxanla Rəhimin də sonuncu komandalarında ciddi uğurla yadda qalmadığı sirr deyil.

Bəs yeni transferlər gözlənilirmi? Ən əsası, Qərb təmsilçisinin braziliyalı futbolçu Jo ilə danışıqlar apardığı haqda məlumat həqiqəti əks etdirirmi?

"Football-plus.az"ın suallarını "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev cavabladı:

“Bilindiyi kimi, indiyə qədər heyətimizə üç futbolçu cəlb etmişik. Daha 4-5 oyunçuyla danışıq aparırıq. Hələ ki bu proseslərdə konkret razılıq əldə edilməyib. Bəli, həmin siyahıda Jo da var. Ümid edirik ki, istədiyimiz futbolçularla anlaşa biləcəyik".

Qeyd edək ki, Jo Portuqaliyanın 2-ci liqa təmsilçisi "Şaviş"də çıxış edir. 192 sm boya malik mərkəz hücumçusu yeni mövsümdə meydana çıxdığı 6 matçda 1 qolla yadda qalıb.

KƏNAN BAHADIR
Seçilən
13
football-plus.az

1Mənbələr