AZ

ABŞ-də yanğınlar təhsil sahəsinə də ciddi zərbə vurub

ABŞ-nin Los-Anceles şəhərində 11 gündür davam edən yanğınlar səbəbindən təhsildə fasilələr yaranıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Los-Anceles Birləşdirilmiş Məktəb Dairəsinin rəisi Alberto Karvalyo verdiyi açıqlamada bir neçə məktəbin tamamilə yandığını, xeyli sayda məktəbin ciddi ziyan gördüyünü bildirib. 

Carvalho yanğında zərər görən bəzi məktəblərin yenidən qurulmasının iki ildən çox çəkə biləcəyini bildirib.

\"Yararsız vəziyyətə düşən bəzi məktəblərin şagirdləri müvəqqəti olaraq ərazidəki təhlükəsiz olan digər məktəblərə köçürülüb.
 
İtirdiklərimizi bərpa etmək vaxt aparacaq”.
 
Cəmalə
Seçilən
2
azxeber.com

1Mənbələr