“Nikol Paşinyan ağır birinci olmaq kompleksindən əziyyət çəkir. O, hər zaman birinci olmaq istəyir: real dövlətin qurucusu, ilk demokrat, islahatçı və s. Bu kompleks hətta onun oxuma vərdişlərində də özünü göstərir. Məsələn, Ermənistanın tarixi ilə bağlı kitab oxuyarkən, sanki heç kim bu kitabı ondan əvvəl açmayıb və o, Bizans, Parfiya və Ani haqqında ilk dəfə öyrənən şəxsdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri erməni jurnalist, siyasi şərhçi Karpis Paşoyan “Facebook” səhifəsində paylaşıb.
Onun sözlərinə görə, Paşinyana elə gəlir ki, dedikləri miflər və əfsanələrlə örtülmüş məlumatlardır:
“Birinci olmaq kompleksi müəyyən hərəkətləri nəzərdə tutur: miflərlə mübarizə aparmaq və cəmiyyəti maarifləndirmək. Belə bir şəxs əmindir ki, akademik tarix elmi onilliklər boyu mühüm sualları gizlədib və nəhayət, həqiqət anı çatıb. Lakin bu mifləri dağıtmaq missiyasında, adətən, elmi metodologiya, mənbəşünaslıq hazırlığı və hadisələri məntiqi əlaqələrdə təhlil etmək bacarığı çatışmır. Belə “birinci”ni isə tarixin özü yox, daha çox ajiotaj, sensasiya və gur sərlövhələr maraqlandırır. Bu arada, paralel reallıqda əsl alimlər illərlə köhnə və yeni dilləri öyrənir, xüsusi hazırlıq keçirlər, yazır, düzəldirlər, lakin. Paşinyan isə…”
Tərcümə: Rafi Müslümov