AZ

Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır

Ermənistanla ABŞ arasında imzalanan və mətnində "Dağlıq Qarabağ"ifadəsinin yer aldığı "Strateji əməkdaşlıq və tərəfdaşlıq haqqındaXartiya" Vaşinqtonun regional geosiyasətinin strateji əsaslarınıməhv etməyə yönəlmiş bir addım kimi qəbul edilə bilər. Bu sazişözünü “sülh memarı” kimi təqdim edən dövlət katibi Entoni Blinkenintəşəbbüsü olsa da, əslində gərginlikləri daha da artırmaq vəgələcək administrasiya üçün “mina sahələri” yaratmaq məqsədidaşıyır. Vaşinqtonun demokratiya və insan haqları ilə bağlıritorikası, beləcə, növbəti dəfə reallıqdan uzaq olduğunugöstərdi.

Son beş ildə ABŞ sabitliyin, xaosun və qlobal etimadsızlığınəsas mənbəyinə çevrilib. Bayden administrasiyası dövlət katibiBlinkenin rəhbərliyi ilə böhranları həll etmək əvəzinə onları dahada dərinləşdirib. Vaşinqtonun özünü sülh yaradan bir qüvvə kimigöstərməyə çalışdığı əsas bölgələr bu gün qanla suvarılmış vəümidsizlik içində qalan xarabalıqları xatırladır.

Ukrayna münaqişəsi Qərb diplomatiyası üçün ciddi sınaq oldu vəBayden administrasiyası bu sınaqdan ağır şəkildə məğlub çıxdı. ABŞvasitəçi rolunu öz üzərinə götürmək və kompromis tapmaq əvəzinə,münaqişəni dərinləşdirərək Ukraynanı Rusiya ilə qarşıdurmameydanına çevirmək üçün milyardlarla dollar sərf etdi. ABŞKonqresinin məlumatına görə, Ukraynaya 113 milyard dollardan çoxdəstək ayrılıb ki, bu məbləğin böyük hissəsi hərbi texnikaya sərfolunub. BMT-nin məlumatına əsasən, 8 milyondan çox ukraynalı qaçqınvəziyyətinə düşüb, 6 milyon insan isə daxili miqrasiyaməcburiyyətində qalıb. Ölən mülki şəxslərin sayı 15 mini aşır ki,bunların arasında 500-dən çox uşaq var. Bu rəqəmlər Baydenadministrasiyasının diplomatik dialoqdan inadla imtina etməsinindəhşətli nəticələridir. Vaşinqtonun “Ukraynanın qələbəsi” ilə bağlıritorikası kompromis cəhdlərini kənarda qoyaraq müharibəni uzatmağayönəlib. Bu yanaşma humanitar fəlakətə və region üçün uzunmüddətlifəsadlara göz yumub.

Bayden administrasiyasının Yaxın Şərqdəki siyasətiqeyri-sabitliyi daha da artırdı, zorakılığın artmasına və ABŞ-ninəsas vasitəçi rolunun zəifləməsinə səbəb oldu. İsrailə şərtsizdəstək göstərilməsi və Fələstin tərəfinin maraqlarının nəzərəalınmaması bölgədə humanitar fəlakətə yol açdı. UNICEF-inməlumatına görə, 2023-cü ildə Qəzzada baş verən münaqişənəticəsində 10 mindən çox fələstinli həyatını itirdi, on minlərləinsan yaralandı. ABŞ-nin münaqişəyə dair diplomatik həll yollarınıaxtarmaq əvəzinə İsrailə silah tədarükünü artırması, vəziyyəti dahada gərginləşdirdi.

Yaxın Şərq ABŞ-nin mövqelərini itirdiyi və eyni zamanda yenifaciələrin əsasını qoyduğu bir bölgə olaraq qalır. 2023-cü ildəİsrail və HƏMAS arasında baş verən gərginliklər daha bir humanitarböhrana səbəb oldu. UNICEF-in məlumatına görə, 10 mindən çoxfələstinli həlak olmuş, bunların 40%-i uşaqlar təşkil edib. ABŞ-ınmüttəfiqləri hərbiləşdirmək siyasəti bu faciənin əsas səbəblərindənbiri oldu. Livana qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiböhranını daha da dərinləşdirdi: Dünya Bankının məlumatına görə,əhalinin 74%-i yoxsulluq həddində yaşayır. ABŞ-nin dağıdılmışregionu bərpa etməyə yönəlmiş təşəbbüslərinin olmaması vəziyyətidaha da ağırlaşdırır. Blinken özünü sülhpərvər kimi təqdim etsə də,əməlləri Yaxın Şərqi ziddiyyətlər meydanına çevirmiş və radikallığıgücləndirib.

Bayden administrasiyasının qlobal Cənuba qarşı siyasəti ABŞ-ninsanksiyalar və iqtisadi təzyiq vasitəsilə milyonlarla insana necəzərər verdiyinin bariz nümunəsidir. Afrikada iqtisadi sanksiyalarfəlakətə səbəb olmuşdur. Məsələn, Sudanda sanksiyalar və daxilimüharibə nəticəsində 15,8 milyon insan aclıq təhlükəsi iləüzləşmişdir (WFP). Latın Amerikasında vəziyyət daha da ağırdır.ABŞ-ın sanksiyaları nəticəsində Venesuela 30 milyard dollardan çoxiqtisadi itkiyə məruz qalmış, milyonlarla insan məcburi miqrasiyaetmişdir.

Bu fonda antiamerikan əhval-ruhiyyə artmaqdadır: Çin və RusiyaVaşinqtonun buraxdığı boşluqları doldurur. ABŞ-nin təsiri azalır,idarəetmə modelinə olan etibar isə sürətlə yoxa çıxır.

Bayden administrasiyasının xarici siyasət aparatının rəhbəriEntoni Blinkensə amerikan diplomatiyasının riyakarlığının simvolunaçevrilib. Onun sülhpərvər təşəbbüslər adı altında həyata keçirdiyifəaliyyətlər qlobal böhranları daha da gərginləşdirib, ABŞ-ninbeynəlxalq arenadakı mövqelərini zəiflədib. Yeni dünya nizamınınmemarı olmağa iddialı olan Blinken, arxasında xaos, antipatiya vədiplomatik uğursuzluqlar buraxıb.

Blinkenin siyasəti Cənubi Qafqazda ABŞ-ın mövqelərininzəifləməsinə gətirib çıxardı. Azərbaycan və Ermənistan arasındakımünasibətlərə müdaxilə etməklə regionda möhkəmlənmək cəhdlərifiaskoya uğradı. İkinci Qarabağ müharibəsindən sonra ABŞ sülhtəşəbbüslərindən kənarda qaldı. Blinkenin "Dağlıq Qarabağ"terminini beynəlxalq diskursa daxil etmək cəhdləri Bakıda mənfireaksiya doğurdu və Azərbaycanla Vaşinqton arasında gərginliyiartırdı. 2023-cü ildə ABŞ-nin Ermənistana 100 milyon dollarlıqhərbi yardım ayırması həm Azərbaycanla münasibətləri pozdu, həm dəregionda Rusiya, Türkiyə və İranın mövqelərinin güclənməsinə imkanyaratdı.

ABŞ-nin Gürcüstanda həyata keçirdiyi strategiya da uğursuz oldu.2023-cü ildə Milli Demokratik İnstitutun (NDI) sorğusuna görə,gürcülərin 40%-i ABŞ-ni daxili işlərinə müdaxilə edən xarici qüvvəkimi qəbul edir. Bu göstərici ABŞ diplomatiyasına olan inamsızlığınartdığını göstərir. Tbilisidə Qərbə meyilli etiraz aksiyalarınadəstək isə cəmiyyətdə parçalanmanı dərinləşdirdi. Gürcüstancəmiyyətinin böyük hissəsi bu dəstəyi demokratiyaya qayğı kimideyil, daxili siyasətə manipulyasiya cəhdi kimi qəbul etdi. Eynizamanda, Rusiya və Türkiyə Gürcüstanda öz təsirlərini gücləndirdi,Vaşinqtonun regiondakı mövqeləri zəiflədi.

Blinkenin sülh və demokratiya ilə bağlı ritorikası realfəaliyyətdən uzaq idi. Onun "sülhpərvər təşəbbüsləri" böhranlarıyalnız daha da dərinləşdirdi. 2023-cü ildə Qəzza və Livanda başverən münaqişələrin eskalasiyası 10 mindən çox fələstinlinin, ocümlədən, minlərlə uşağın həyatına son qoydu (UNICEF). ABŞ isə bumünaqişələrə diplomatik həll tapmaq əvəzinə İsrailə silahtədarükünü artıraraq zorakılığı daha da gücləndirdi.

Latın Amerikası və Afrika da Bayden administrasiyasının uğursuzsiyasətinin qurbanı oldu. Venesuela, Sudan və digər ölkələrə qarşıiqtisadi sanksiyalar humanitar fəlakətləri gücləndirdi. Afrikaqitəsində 15 milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzədir(WFP). Bu sanksiyalar nəticəsində Latın Amerikasında Venesuela 30milyard dollardan çox iqtisadi itkiyə məruz qalmış, milyonlarlainsan miqrasiya etmək məcburiyyətində qaldı.

Bayden və Blinken rəhbərliyi altında ABŞ qlobal lider kimietibarını itirib. Bu gün Amerikan xarici siyasəti demokratiya ilədeyil, böhranlar, xaos və ideoloji diktat ixracı ilə assosiasiyaolunur. LGBTI hərəkatları və ənənəvi dəyərlərin məhv edilməsinədəstək göstərmək ABŞ-ın suveren dövlətlərə təsir vasitələrindənbirinə çevrilib. Simvolik olaraq, dünya miqyasında dağıdıcıfəaliyyəti ilə tanınan Corc Soros Bayden administrasiyasıtərəfindən mükafatlandırılıb.

Entoni Blinken tarixə sülh yaradan diplomat kimi deyil, qlobalxaosun memarı və ABŞ-nin beynəlxalq etibarını zəiflədən siyasətçikimi düşəcək.

Onun fəaliyyəti ambisiyalar, riyakarlıq və strateji düşüncəninçatışmazlığının qlobal etimadı necə zəiflədə biləcəyinin parlaqnümunəsidir. Blinken dövrü – diplomatik səhvlər, tərəfdaşlıqmünasibətlərinin məhvi və ABŞ-nin beynəlxalq arenada mənəvinüfuzunun itirilməsi dövrü kimi yadda qalacaq.

... Donald Trampın rəhbərliyi altında yenidən hakimiyyətə gələnadministrasiya Co Bayden və Entoni Blinkenin miras qoyduğu ağırnəticələrlə üz-üzədir. Onların idarəçiliyi dövrü diplomatikuğursuzluqların, münaqişələrin dərinləşməsinin və ABŞ-yə etimadınazalmasının simvolu oldu. İndi Tramp administrasiyasının qarşısındabeynəlxalq nüfuzu bərpa etmək, qlobal xaosun nəticələrini aradanqaldırmaq və yeni balans yaratmaq üçün çətin bir missiyadayanır.

Vaxtilə Vaşinqton üçün strateji təsir zonası sayılan bu regionhazırda ABŞ-nin mövqelərinin nə qədər zəiflədiyini göstərir.ABŞ-nin Ermənistana yönəlmiş birtərəfli dəstəyi, o cümlədən maliyyəvə siyasi yardımları, Azərbaycanın etimadının ciddi şəkildəazalmasına səbəb oldu. Vaxtilə neytral vasitəçi kimi çıxış edən ABŞbu rolunu itirdi və nəticədə Rusiya, Türkiyə və İran kimi digərgüclər regiondakı təsirini artırdı. Bayden administrasiyasınınCənubi Qafqazdakı boşluğunu doldurmaq üçün Tramp yeni strategiyahazırlamalı və ABŞ-nin mövqelərini bərpa etməlidir.

Bu müddətdə Çin və Rusiya bölgədəki təsirlərini artıraraqABŞ-nin yerini doldurmağa çalışdılar. Çinin iqtisadiinvestisiyaları və Rusiyanın diplomatik təşəbbüsləri bölgədəVaşinqtonun nüfuzunu azaldıb. Tramp administrasiyası butendensiyanı dayandırmaq və müttəfiqlərin etimadını bərpa etməküçün təcili olaraq yeni strategiyalar hazırlamalıdır.

Bayden administrasiyası və Entoni Blinken özlərindən sonraparçalanmış bir dünya buraxdılar, burada ABŞ artıq sabitliyinlideri kimi qəbul edilmir. Onların riyakarlığa, birtərəfliqərarlara və qısamüddətli hədəflərə əsaslanan yanaşmaları qlobaletimadın sarsılmasına səbəb oldu. Tramp administrasiyası üçün əsasprioritet ABŞ-nin beynəlxalq imicini bərpa etmək, stratejiregionlarda mövqelərini gücləndirmək və müttəfiqlərin etimadınıyenidən canlandırmaq olacaq. Bu, yalnız siyasətin yenidən nəzərdənkeçirilməsini deyil, həm də yanaşmanın köklü şəkildədəyişdirilməsini tələb edir ki, Baydenin başladığı xaos dövrütarixdə qalsın.

Dünya yeni qərarlar gözləyir, lakin hər şeydən əvvəl, əvvəlkiadministrasiyanın siyasətini xarakterizə edən qeyri-müəyyənliyinsona çatmasını istəyir. Tramp sübut etməlidir ki, ABŞ yenidən öztərəfdaşları üçün dayaq və çətin zamanlarda etibar edilə biləcəklider ola bilər.

Ümumiyyətlə, Co Bayden administrasiyasının beş illik idarəçiliyidağıntılar dövrü kimi yadda qalacaq. Entoni Blinken tərəfindəndəstəklənən xaos siyasəti münaqişələrin eskalasiyasına, etimadınitirilməsinə və iqtisadi böhranlara səbəb oldu. "Pew ResearchCenter"in məlumatına görə, son üç ildə ABŞ-yə dünya etimadı 15%azalıb. Ölkə daxilində də vəziyyət sabitlikdən uzaqdır:milyardlarla dollar xaricə yönləndirilib, lakin amerikalıların realproblemləri diqqətdən kənarda qalıb.

Bayden administrasiyası dünyaya demokratiya deyil, xaos, sülhdeyil, müharibə, nizam deyil, dağıntı mirası buraxdı. Bu irs,yalnız qlobal sabitliyin mexanizmlərini deyil, beynəlxalq etimadıda bərpa etmək məcburiyyətində olan növbəti administrasiya üçünağır bir yük olacaq. ABŞ-nin yenidən güvənilən bir lider vəsabitlik mənbəyi kimi çıxış etməsi yalnız müdrik və çevik yanaşmailə mümkün olacaq.

Bayden administrasiyasının sanksiya siyasəti həm ABŞmüttəfiqlərinin, həm də ölkə bazarlarının iqtisadiyyatına böyükziyan vurdu. İnflyasiyanın artması, enerji böhranı və qlobalticarət zəncirinin pozulması yeni administrasiyanın dərhalsabitləşdirici tədbirlər görməsini tələb edir. Eyni zamanda, NATO,BMT kimi beynəlxalq təşkilatlar Vaşinqtonun xarici siyasətinə olaninamı itirib. Tramp üçün bu, yalnız əməkdaşlığın bərpasını deyil,həm də yeni qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılmasınıtələb edən mühüm bir çağırışdır.

Entoni Blinkenin diplomatiya adı altında törətdiyi səhvlərinaradan qaldırılması Tramp administrasiyasının ən çətinmissiyalarından biri olacaq. Onun dövründə ABŞ beynəlxalq etimadıitirdi, mövqeləri zəiflədi və xaosdan başqa bir miras qoymadı. İndiTrampdan gözləntilər çoxdur: dünya ABŞ-nin sabitlik, güvən vəəməkdaşlıq mərkəzinə çevriləcəyinə ümid edir. Bu, yalnız Baydendövrünün yaratdığı qeyri-müəyyənliyin sona çatdırılması ilə mümkünolacaq.

Seçilən
10
48
az.trend.az

10Mənbələr