AZ

TAİB və ADNSU 20 Yanvar hadisələri ilə bağlı birgə konfrans keçirib - FOTOLAR

 Türk Ağsaqqalları İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar Hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra mövzu ilə bağlı videoçarx təqdim olunub.Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Vazeh Əsgərov qeyd edib ki, 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasındakı misilsiz rolundan danışan natiq bildirib ki, Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. TAİB-in sədri, akademik Südeyif İmamverdiyev çıxışında qeyd edib ki, faciənin günahkarlarının üzə çıxarılmasında, dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri onu göstərdi ki, Ulu Öndər tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi idi.Konfransda Türk dövlətləri təşkilatının ağsaqqallar şurasının üzvü, tarix elmləri doktoru, görkəmli dövlət xadimi Həsən Həsənov, YAP İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev, AMEA-nın müxbir üzvü Amil İsmayılov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, TAİB Qadınlar Şurasının sədri, professor, AMEA-nın şöbə müdiri Güllü Yoloğlu 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb,Ümumilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyətindən bəhs ediblər.O da qeyd olunub ki, hazırda Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.Tədbirdə çıxış edənlər onu da bildiriblər ki, 20 Yanvar hadisələrindən 35 il ötməsinə baxmayaraq, xalqımız igid övladların fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar şəhidlərimizin ruhu isə şaddır, Müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, bütün ərazilərimizdə suverenliyimiz təmin olunub.Qeyd edək ki, tədbir iştirakçıları universitetin şəhidlərinin xatirə lövhələrini də ziyarət edib, barelyeflər önünə gül dəstələri düzüblər.Zərintac MayisqızıMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr