Biznes kreditlərinin faizlərində artım müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, artım 1-1,5 aralığındadır. Hazırda Banklar bu növ krediti minimum 10 maksimum isə 26 faizlə müştərilərə təklif edirlər.
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, faizlər orta hesabla minimum 0.5-0.7 faiz artıb.
Rəşad Həsənov deyir ki, faizlərin artmasının səbəblərindən biri Mərkəzi Bankın bəzi qaydaları sərtləşdirməsi ilə bağlıdır.
İqtisadçı bildirir ki, Mərkəzi Bank faizlərin azalması üçün bazarda uyğun şərait yaratmalıdır. Çünki hazırda biznesin maliyyə resursları məhduddur. Bank kreditlərinin əlverişli olması biznesin uğurunu və mənfəətini artırmağa, eyni zamanda investisiyaların artmasına kömək edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.