AZ

Elektron tullantıların təkrar emal dərəcəsi 60%-ə çatdırılmalıdır

Evinizdə istifadə olunmayan və istifadəyə yararsız cihazları çeşidləyərək tullantıların azalmasına, resursların qorunmasına, enerji qənaətinə töhfə verə bilərsiniz!


BMT-nin son Qlobal Elektron Tullantı Monitorinqinə görə, 2022-ci ildə dünyada 62 milyard kq elektron tullantı əmələ gəlib. Hazırda elektron tullantıların miqdarı 2010-cu ildən etibarən təkrar emal üçün toplanan tullantıların həcmindən 5 dəfə sürətlə artır, monitorinqin hesablamaları onların miqdarının 2030-cu ilə qədər artaraq 82 milyard kq olacağını ehtimal edir. 


Ətraf mühiti qorumaq, sosial-iqtisadi və mədəni faydaları təmin etmək üçün 2030-cu ilə qədər elektron tullantıların təkrar emal dərəcəsi 60%-ə çatdırılmalıdır. Ekologiya.az 
Seçilən
0
ekologiya.az

1Mənbələr