Fələstinin radikal islamçı HƏMAS qruplaşması Qəzza zolağında atəşkəslə bağlı İsraillə bütün fikir ayrılıqlarının həll olunduğunu elan edib.
Redaktor.az xəbər verir ki bu barədə yaraqlılar öz rəsmi Telegram kanallarında məlumat veriblər .
“Vasitəçilərin səyləri sayəsində bu gün səhər saatlarında İsrailin atəşkəs razılaşmasına əməl etməməsi nəticəsində yaranan bütün maneələr aradan qaldırılıb”, - deyə nəşr bildirib.
Daha əvvəl “The Washington Post” mənbələrinə istinadla yazıb ki, İsrailin baş naziri Benyamin Netanyahu siyasi koalisiyadakı tərəfdaşlarına Qəzza zolağında müharibəni bərpa etməyə söz verib.
Bənövşə HƏSƏN