AZ

Azərbaycanla bərpa olunan enerji sahəsində böyük əməkdaşlıq perspektivləri var – Gürcü nazir

Azərbaycan və Gürcüstanın bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı üçün böyük pespektivlər mövcuddur.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

O, hər iki ölkənin Cənubi Qafqaz yaşıl dəhlizinin inşasında birgə iştirak etdiyini deyib.

“Bu, əhəmiyyətli tərəqqi və artım gətirəcək yeni strateji, çoxillik əməkdaşlıq istiqamətidir. Gürcüstan və Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı üzrə də fəal iş aparır. Hər iki ölkənin əsl rəqəmsal haba çevrilməsi üçün böyük potensialı var”, - nazir söyləyib.

L.Davitaşvili Azərbaycanın Gürcüstan üçün önəmli strateji tərəfdaş olduğunu, iqtisadi əməkdaşlığın bütün sahələrində müsbət dinamikanın olduğunu da vurğulayıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
1
teleqraf.com

1Mənbələr