Azərbaycanda pensiyaçıların sayı azalıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 98 min 600 nəfər pensiyaçı olub.
Bu, 2024-cü ilin əvvəli ilə müqayisədə 400 nəfər azdır.
Bu ilin əvvəlinə pensiyaçıllar ölkə əhalisinin 10,7 faizini təşkil edib. Bu göstərici 2024-cü ilin əvvəlində 10.7 faiz olub.
Ötən il 455,5 min nəfər aylıq sosial müavinət, 402 min nəfər isə Azərbaycan Prezidentinin təqaüdünü alıb. 2024-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 165,7 min nəfər təşkil edib.
Müəllif: Bəkir Nərimanoğlu