Kapitalbank SMS bildirişləri üçün xidmət haqqını artırıb.
Ölkə.Az xəbər verir ki, bu barədə bank istifadəçilərinə bildiriş göndərib.
Qeyd edilib ki, 17 fevraldan etibarən SMS-bildirişlər üzrə aylıq xidmət haqqı hər kart üçün 3 manat olacaq.
Bildirilir ki, SMS-bildiriş xidmətini isə istənilən vaxt tətbiqdə deaktiv etmək mümkündür.
Xatırladaq ki, bu vaxta qədər isə sözügedən xidmət haqqı 2 manat təşkil edirdi.