Zəngilanın Ağalı kəndində Səhiyyə Nazirliyi tərəfindən 250-dən çox səyyar tibbi xidmət göstərilib. Bu barədə nazirlikdən bildirilib.
"Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16- 65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb. Məktəb yaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtın düzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub", - məlumatda deyilir.
İndəyədək Ağalıya köçüülənlərin sayı min nəfərdən çoxdur.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Aytac
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Aytac
www.anews.az