Nazilə Çimnazın əleyhinə danışanlara OD PÜSKÜRDÜ: Heç kim yaşatdığını yaşamadan ölmür
“Sağlığında danışmağa cürətiniz çatmayıbsa, öləndən sonra da mumlayın”.
Qlobal.net xəbər verir ki, bu sözləri Nazilə Səfərli İnstaqram hesabındakı mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı paylaşımda deyib.
O, mənfi açıqlamalar verən şou-biznes nümayənlərinə sözün əsl mənasında od püskürüb:
“Buradan gündəm xətrinə özlərini yuxarıda tutub kimlərisə aşağılayan bəzi sənət camiəsinin insanlarına üzümü tuturam. Görürəm yazırlar ki, bizim evdə uşaqlarımız böyüyür, biz elə insanın dəfninə necə gedək? Mən də demək istəyirəm ki, bu həyatda heç kim yaşatdığını yaşamadan ölmür. Bunu da siz unutmayın. Nə hörmətli ailələrdən necə başı aşağı edən övladlar çıxır. Yaşayarıq, görərik. Biriniz barmağınızı qatlayıb deyin ki, Çimnaz xanım mənə pislik edib. Mən onu müdafiı etmirəm. Deyə bilərsiniz ki, dəfndə niyə olmamısan? Səhhətimlə bağlı olmamışam. Çünki mənə o qədər ayaq üstə durmaq olmaz. Həm də bu yayılan xəstəliklərdən tutmuşam. Yoxsa mən sevə-sevə gedərdim. O qadını sevmişəm. Gedib orada ona gözyaşlarımı halal edərdim. Artıq bir sözə ehtiyac yoxdur. Artıq-əskik danışmayın ki, video çəkirdi, həyatını yaşayırdı. 3 ildir ki, insan xərçənglə mübarizə aparıb, birimizin xəbəri olmayıb. Barmağınızdan çiban çıxanda az qala Barak Obama bilir. Hamı ağzına zəhmət olmazsa, qaytan vursun. Ölü dalıyca danışmayın. Sağlığında danışmağa cəsarətiniz çatmayıbsa, öləndən sonra da mumlayın”. (yenisabah.az)