AZ

Haaland daha 10 il "Mançester Siti" də qalacaq



"Mançester Siti" 24 yaşlı norveçli hücumçusu Erlinq Haaland ilə 10 illik müqavilə (2034-cü ilin yayına qədər) imzalayıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə klubdan bildirilib.

Norveçli futbolçu bu mövsüm Premyer Liqada 21 matçda 16, bütün yarışlarda isə 28 matçda 21 qol vurub.

"Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Elgün, BakuPost

Seçilən
5
bakupost.az

1Mənbələr