İran hələ də Suriyada sabitliyi pozmağa çalışır.
Musavat.com “Clash Report”a istinadən xəbər verir ki, Suriya İctimai Təhlükəsizlik İdarəsi Tartusdakı qanunsuz sərhəd keçidindən Livana silah qaçaqmalçılığı cəhdinin qarşısını aldığını elan edib.
Müsadirə edilən əşyalar arasında tüfənglər və İran tərəfindən təchiz edilmiş “Shahed-101” kamikadze PUA-ları da var.
Musavat.com