Almaniyanın "Leyptsiq" klubu "Atletiko"nun futbolçusu Artur Vermereni birdəfəlik transfer edib.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mövsümü icarə əsasında Almaniya klubunda keçirən 19 yaşlı hücumçunun müqaviləsindəki satınalma bəndi aktivləşdirilib. Belçikalı oyunu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Artur Vermeren bu mövsüm "Leyptsiq"də 22 oyuna çıxıb və 1 qol vurub.