Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngini Ule Qunnar Sulşer çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Norveçli mütəxəssis artıq İstanbuldadır. Onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Ule Qunnar Sulşerin son iş yeri "Mançester Yunayted" olub. 51 yaşlı məşqçi 2021-ci ilin noyabr ayından işsiz idi.
saytlarin hazirlanmasi