Bakı, 17 yanvar, AZƏRTAC
Pakistan Çinə məxsus raketlə ilk yerli istehsal olan müşahidə peykini kosmosa göndərib
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Çinin “Long March-2D” daşıyıcı raketi tərəfindən buraxılan PRSC-EO1 peyki Pakistanın təbii ehtiyatları izləmək və idarə etmək, fəlakətlərə cavab vermək, şəhərsalma və kənd təsərrüfatının inkişafını təkmilləşdirmək qabiliyyətini artıracaq.
Bu tip peyk əks olunan günəş işığını və ya yayılan radiasiyanı aşkar edib ölçməklə Yer səthi haqqında məlumat və şəkilləri toplamaq üçün elektro-optik sensorlardan istifadə edir.
Pakistanın Çindəki səfiri Xəlil Haşmi buraxılış qrupunun nailiyyətini yüksək qiymətləndirib: “Bu gün sosial-iqtisadi inkişaf baxımından Pakistanın kosmik tədqiqatlar sektorunda əməkdaşlıqda daha bir əlamətdar hadisədir”.