AZ

The Guardian: Ukrayna polisi hərbi xidmətdən yayınma faktını araşdırmaq üçün reydlər keçirir

Ukrayna polisi kişilərin hərbi xidmətdən yayınması hallarının araşdırılması çərçivəsində ölkə daxilində reydlər keçirir.

Bu barədə "The Guardian" məlumat yayıb.

“Ukrayna polisi hərbçi yaşlı kişilərin ölkədən qeyri-qanuni çıxması ilə bağlı davam edən təhqiqat çərçivəsində ölkə boyu 200 axtarış apardığını bildirib”, - materialda deyilir.

Mətbuatın yazdığına görə, bu reydlər hüquq-mühafizə orqanlarının başlatdığı ümummilli araşdırmanın davamı olub. Kiyevdə polisin 600-ə yaxın ev, ofis və digər yerlərdə axtarış apardığı qeyd edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları izah ediblər ki, kütləvi əməliyyat “cəbbədən yayınanların sərhədi qanunsuz keçməsinə kömək edən” sxemlərin təşkilatçılarına qarşı yönəlib.

Seçilən
3
aznews.az

1Mənbələr