AZ

Azərbaycanda 68 auditor təşkilatı və 31 sərbəst auditor barəsində müvafiq tədbirlər görülüb

2022-ci ildən bu günə kimi minimum hədlərə əməl etmədiklərinə görə Azərbaycanda 68 auditor təşkilatı və 31 sərbəst auditor barəsində müvafiq olaraq intizam və tənbeh tədbirləri görülüb.

"Report" Auditorlar Palatasının istinadən xəbər verir ki, bunu qurumun aparat rəhbəri Qəşəm Bayramov “Haqsız rəqabət hallarının qarşısının alınması barədə” “Dəyirmi masa”da bildirib.

Onun sözlərinə görə, bununla bağlı Auditorlar Palatasının sədri 28 əmr imzalayıb: “Hal-hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Q. Bayramov qeyd edib ki, haqsız rəqabətə qarşı mübarizə ilə əlaqədar Türkiyə təcrübəsi öyrənilib və bundan başqa 11 metodik vəsait hazırlanıb.

Seçilən
1
1
report.az

2Mənbələr