AZ

"Bu möhtəşəm şəhərdə olmaq çox gözəldir"

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer Türkiyənin "Beşiktaş" klubunu çalışdıracaq.

90deqiqe.Az xəbər verir ki, hazırda İstanbulda olan 51 yaşlı çalışdırıcı "qara qartallar" haqqında ilk açıqlamasını verib.

"Mən çox şadam. Bu böyük klub üçün burada çox insanın olması əladır. Rəhbərliklə ilk söhbətlərim oldu. İşimə başlamağı səbirsizliklə gözləyirəm.Bu möhtəşəm şəhərdə olmaq çox gözəldir"

Daha əvvəl norveçli mütəxəssisin Türkiyə klubu ilə müqaviləsinin 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulduğu bildirilirdi.

Xatırladaq ki, norveçli məşqçi 2021-ci ilin noyabrından işsizdi. 51 yaşlı mütəxəssisin son klubu İngiltərənin "Mançester Yunayted"i olub. Norveçli 2018-ci ilin dekabrından mankunianlıları çalışdırır. Ole Qunnar Solskjaer əvvəllər Molde və Cardiffdə çalışıb.

“Beşiktaş” Türkiyə çempionatının turnir cədvəlində altıncı yerdədir. 18 görüşdən sonra ağ-qaraların 30 xalı var.

Seçilən
2
90deqiqe.az

1Mənbələr