“Bu həftə bizi “Sumqayıt”la çətin oyun gözləyir”.
İdman.biz xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis Azərbaycan çempionatında “Sumqayıt”la oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, rəqibin 6 legioneri komandanı tərk edib, əvəzində yeni oyunçular cəlb olunub: “Orada məşqçilərin yeri də dəyişib. Ona görə də “Sumqayıt”ın 3 ay ərzində hələ ki, hansı tərzdə oynadığını dəqiq bilmirik. Biz sadəcə olaraq oyuna çox yaxşı hazırlaşırıq və həm bu görüşə, həm də kubok qarşılaşmalarına qədər heyətin formada qalmasına çalışırıq. Düzdür, heyətlə, oyunçuların zədəsi ilə bağlı problemlərimiz var. Bununla belə,“Sumqayıt”la görüşdə yaxşı oynayıb qələbə qazanacağımıza inanıram”.
Qeyd edək ki, “Sumqayıt” – “Ordu” oyunu yanvarın 18-də keçiriləcək. 10 turdan sonra ev sahibləri 13 xalla 5-ci, qonaqlar 17 xalla ikinci pillədə qərarlaşıblar.
İdman.biz