AZ

Polşalı qadın futbolçu ölümlə hədələndi

Rusiyanın "Zenit" klubunun polşalı qadın futbolçusu Qabriela Qjivinska ölüm təhdidləri ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

"Zenit"ə transfer olunanda hər şey yaxşı idi. İlk vaxtlarda heç bir mənfi rəylə qarşılaşmamışdım, lakin sonra hər şey dəyişdi. Polşa televiziyası və mətbuatında haqqımda əsassız fikirlər görməyə başladım. Şərhlərdə məni təhqir edir, bir də Polşaya qayıtmamalı olduğumu, əks halda, məni öldürəcəklərini yazırdılar", - deyə o bildirib.

Qeyd edək ki, polşalı futbolçu "Zenit"lə 3 dəfə Rusiya çempionu olub, 1 dəfə Superkuboku qazanıb. Qabriela Qjivinska Rusiyada oynamağa başladığı vaxtdan Polşa millisinə də çağırılmayıb.


Müəllif: Adil Nəhmətli
Seçilən
4
teleqraf.com

1Mənbələr