Azərbaycan Gimnastika Federasiyası (AGF) 2024-cü ilin ən yaxşılarını açıqlayıb.
AGF-in mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, idmançıların göstərdikləri nəticələrə əsasən, reytinq siyahısı bəlli olub.
Cədvələ Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutan bədi gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir. Onları akrobatlar və idman gimnastı izləyir.
İlk “10-luq”
1. Qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina (bədii gimnastika)
2. Ağasif Rəhimov və Raziyə Seyidli (akrobatika gimnastikası)
3. Nikita Simonov (kişi idman gimnastikası)
4. Şəms Ağahüseynova, Fidan Qurbanlı, İlahə Bahadirova, Gövhər İbrahimova (bədii gimnastika)
5. Daniel Abbasov və Murad Rəfiyev (akrobatika gimnastikası)
6. Selcan Mahsudova (batut gimnastikası)
7. Mədinə Mustafayeva və Vladimir Dolmatov (aerobika gimnastikası)
8. Kişi qrupu - Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov (akrobatika gimnastikası)
9. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov (tamblinq)
10. Nazənin Teymurova (qadın idman gimnastikası)
İdman.biz