ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə başqa ölkələrin liderlərini dəvət etməklə onilliklər boyu davam edən ənənəni pozub. Manset.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb. Tədbirə dəvəti Çin Xalq Respublikasının sədri Si Cinpin qəbul edib. Lakin inauqurasiyada dövlət başçısının əvəzinə onun müavini Han Çjen iştirak edəcək. Dəvətləri Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Giorgio Meloni, Polşanın keçmiş Baş naziri Mateuş Moravetski, həmçinin Böyük Britaniyanın Reformlar Partiyasının qurucusu və lideri Naycel Fərəc qəbul ediblər. Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya artıq səfərlərini təsdiqləyiblər. ABŞ-nin yeni seçilmiş Prezidenti 2025-ci il yanvarın 20-də rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq.