Yanvarın 17-də Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin (ARMQTİB) ofisində təşkilatın Bakı və rayon Nümayəndə sədrlərinin Fəxri Fərmanla təltif edilməsi mərasimi keçirilib.
Tədbirdə ARMQTİB-nın sədri Elşən Uluxanlı çıxış edərək 2025-ci ildə keçiriləcək tədbir və layihələr haqqında danışıb. Həmçinin təşkilatın Nümayəndə sədrlərinə tapşırıq və tövsiyələrini verib.
Daha sonra təşkilatın Nümayəndə sədrlərinə Fəxri Fərmanlar təqdim edilib.
Xatırladaq ki, Fəxri Fərmanlar “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin işində fəal iştiraka görə” ARMQTİB-nın İdarə Heyətinin 28 dekabr 2024-cü il qərarına əsasən verilib.