AZ

Diaqnoz Tibb Mərkəzinin həkimi konfransda çıxış edib - FOTOLAR

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini, Terapevt-Hepatoloq Dr. Tofiq Əkbərovun peşəkarlığı geniş klinik təcrübə ilə birlikdə dərin nəzəri biliklərə əsaslanır.

"Unikal" xəbər verir ki, məhz buna görə Amerika şirkəti «Abbott Laboratories» əczaçılıq zavodunun Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən konfransa ekspert kimi cəlb edilib 

Beləliklə, 16 yanvar 2025-cu il tarixində həkimlərə “Qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri” mövzusunda çıxışı böyük marağa səbəb olub. Elmi konfransda Dr. Tofiq Əkbərov tərəfindən qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri,  barədə təqdimat edib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Seçilən
3
unikal.az

1Mənbələr