Kiyevdə dünən axşam saatlarında Müqəddəs Sofiya kafedralinin(kilsə) üstündəki səmada buludlar arasında bir insanın yüngül silueti diqqət çəkib- bu, kiməsə ruhu, kiməsə qədim binanın içərisini bəzəyən Oranta siluetini xatırladıb.
Hafta.az bu haqda “TSN”-ə istinadla xəbər verir.
Buludlarda qeyri-adi siluetin fotosu internetdə yayılır. İnsanlar bu qeyri-adi fenomeni aktiv şəkildə müzakirə edirlər - bunu yaxşı və ya pis əlamət kimi görənlər var.
Kiyev sakinləri Müqəddəs Sofiya Katedralinin günbəzindən xaçın yıxılmasını dərhal xatırlayıblar – o yıxılandan 40 gün sonra Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayıb.
"TSN" “Kiyev Sofiya” Milli qoruğunun əməkdaşlarından kafedralın üstündəki səmada qəribə işarə ilə bağlı sual verib.
“Kiyev Sofiyası” Milli qoruğunun baş restavratoru Vadim Kirilenkonun sözlərinə görə, Sofiya üzərində səmada qəribə parıltının öz izahı var.
"Əlbəttə, bu hadisəni müxtəlif cür şərh etmək olar, bəziləri bunun göydən gələn bir işarə olduğunu düşünür, bəziləri başqa bir nəzəriyyə irəli sürürlər, məsələn, Ukraynanın qələbəsinə işarədir. İnsanların belə fikirlərə haqqı var. Amma düşünürəm ki, həmin "kabus" Sofiya üzərində ona görə görünüb ki, o axşam səmada alçaq və sıx bulud örtüyü olub. Və son vaxtlar "Kiyevqorsovet" bələdiyyə müəssisəsi obyektlərimizin bədii və dekorativ işıqlandırmasını bərpa etməyə başlayıb. Yoldan keçənlər bizim zəng qülləsinin və onun çarmıxının buluddakı əksini görüblər - bu, belə gözəl və hətta bir qədər mistik illüziya yaradıb", - baş restavrator belə deyib.
Vadim Kirilenko əlavə edib ki, Müqəddəs Sofiya kafedralının üstündəki səmada bu cür konturlar əvvəllər, sülh dövründə müşahidə olunub, lakin sonralar heç kim onlara belə böyük əhəmiyyət verməyib.