Andiçmə mərasimindən bir neçə saat əvvəl ABŞ prezidenti Trampın kriptovalyutanı milli prioritet kimi müəyyən edən prezident fərmanı imzalamağı planlaşdırdığı bildirilib.

İndex.az xəbər verir ki, fərman Trampın yanvarın 20-də vəzifəyə başlamasından dərhal sonra eyni gündə imzalana bilər.

“Bloomberg”ə görə, bu tənzimləmə kriptovalyuta sənayesi üçün tənzimləyici orqanlarla əməkdaşlığı təmin edəcək və sənayeni təmsil edəcək bir kriptovalyuta şurası yaratmağı hədəfləyəcək. Bu inkişaflardan sonra “Bitcoin”in qiyməti 102 min dolları keçib.