AZ

İrandan Livana silah-sursat keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Yerli mətbuatınməlumatınagörə, silahlar arasında çox sayda Suriya tüfəng, qumbaraatan,İrana məxsus "Şahid" pilotsuz uçuş aparatlarıvə digər sursatlar aşkarlanaraq götürülüb.

Suriyada ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Livan "Hizbullah"ına, Fələstinin HƏMAS qruplaşmasına və başqa terror təşkilatlarınaəsasən İran tərəfindən məhz bu ölkə vasitəsilə qanunsuz silah ötürülməsi halları artıb.İsrail Hərbi Hava Qüvvələri silah-sursatın bu qruplaşmaların, xüsusən də "Hizbullah"ın əlinə keçməməsi üçün sərhəd-keçid məntəqələrinə zərbələr endirib.

Maraqlıdır ki, İran silah qaçaqmalçılığı sistemini əvvəlki vəziyyətə salmaq xatirinə Suriyanın yeni rəhbərliyi ilə "müsbət əlaqələr" qurmağa çalışsa da, bu baş tutmayıb. Çünki hələ Bəşər Əsəd rejiminin devrilməsi ərəfəsində başlayan gərgin münasibətlər fonunda"Dəməşq Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Suriyadan İsrailə yeni cəbhə açmalarına icazə verməmişdi".
İranın Yaxın Şərqə yeni qapısı: PKK

Digər tərəfdən, Tehran Suriyanın şimal-şərqindəki PKK terror təşkilatınaTürkiyəyə qarşı istifadə etməsi üçün1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA)göndərdiyi bildirilir. Tərəflər arasında razılaşma İraq ərazisində aparılıb, lakin Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti səbəbi ilə PUA-lar terrorçulara hələlik təhvil verilməyib.


Firudin Həmidli
AzVision.az
Seçilən
24
azvision.az

1Mənbələr