Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 109,1 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 18%, kimya sənayesi məhsullarının istehsalı isə 6,5% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 43,8%, azot istehsalı 11,6%, metanol istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 2,9 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,3%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 22,6%, polietilendən kisə və çantalar istehsalı isə 5,9% artıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ildə istehsal edilib | Əvvəlki ilə nisbətən, faizlə | 01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 42701,0 | 92,2 | 66,6 |
ondan azot, min kub metr | 24141,1 | 111,6 | 63,0 |
Lak-boya məmulatları, ton | 41786,2 | 104,8 | 392,7 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 32360,0 | 119,9 | 7750,0 |
ondan yod, ton | 208,0 | 100,0 | 16,9 |
Üzvi kimyəvi maddələr, min ton | 887,2 | 91,4 | 36,2 |
ondan: etilen, min ton | 129,5 | 78,2 | 1,8 |
propen (propilen), min ton | 121,4 | 79,3 | 1,0 |
metanol (metil spirti), min ton | 516,5 | 104,4 | 27,4 |
Etil spirti, min dkl | 127,6 | 198,8 | 56,8 |
Gübrə və azot birləşmələri, min ton | 652,4 | 143,8 | 74,5 |
ondan karbamid, min ton | 652,3 | 143,8 | 74,5 |
İlkin formada plastik kütlə, min ton | 247,1 | 77,5 | 10,6 |
ondan polietilen, min ton | 121,7 | 74,8 | 6,4 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 136,6 | 111,7 | 8,5 |