1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Masallı rayonunda piyadavurma hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi "Mercedes-Benz" markalı, 10-UT-770 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova orada ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.