“Qalatasaray”ın hücumçusu Mauro İkardinin telefonu futbolçunun keçmiş həyat yoldaşı Vanda Naranın zorakılıq ittihamı ilə müsadirə edilib.
Arena.az bu barədə “El Dia” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, argentinalı futbolçu yeni sevgilisi Çina Suares və vəkilin müşayiəti ilə Buenos-Ayres prokurorluğuna baş çəkib. İkardi işin bir hissəsi kimi mobil telefonunu təhvil verməli olsa da, futbolçu cihazın şifrəsini təqdim etməkdən imtina edib.
Vurğulanır ki, müayinə telefona tam giriş olmadan da aparıla bilər. Bu halda prokurorluq telefonun açılması üçün rəsmi göstəriş gözləyəcək, belə olduğu halda isə futbolçu telefonunun içindəkilərə girişə imtina edə bilməyəcək.
Xatırladaq ki, Vanda Nara Mauro İkardinin onu intim videolarla təhdid etdiyi barədə şikayət açmışdı.
Daha əvvəl isə Vanda Nara ilə Mauro İkardinin boşandığı haqda məlumat yayılıb. Argentinalı model həmvətəni olan futbolçunu münasibətləri pozmaqda ittiham edib.