AZ

"Qatar dünyanın ən təhlükəsiz nəqliyyat vasitələrindəndir" - Bəxtiyar Hacıyev - VİDEOMÜSAHİBƏ

"Qatar dünyanın ən təhlükəsiz nəqliyyat vasitələrindəndir" - Bəxtiyar Hacıyev - VİDEOMÜSAHİBƏ"Azərbaycan Dəmir Yolları"nın ən böyük fəaliyyət sahəsi yükdaşımalardır. Yükdaşımalar üzrə niyətimiz şərq-qərb, şimal-cənub dəhlizi üzrə yüklərin artırılmasıdır".

Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev BiG.AZ-a müsahibəsində deyib.

O qeyd edib ki, qatarı digər nəqliyyat vasitələrin fərqləndirən amillər təhlükəsizliyi, komfortu və vaxta qənaətdir.

"Qatarın üstünlüyü təhlükəsizlikdir. Qatar dünyanın ən təhlükəsiz nəqliyyat vasitələrindən biri hesab olunur. İkinci məsələ komfortdur. Biz digər nəqliyyat vasitələri ilə uzaq məsafə gedəndə daha çox yoruluruq. Qatar daha genişdir. Gecə yatırıq, səhər isə ünvanda oluruq. Vaxta qənaət edirik".

Seçilən
9
big.az

1Mənbələr