AZ

Atletika Federasiyasında seçkilər 2023-cü ildə olub - AÇIQLAMA

Bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə Azərbaycan Atletika Federasiyasına (AAF) yeni seçkilərin keçirildiyi, rəqəmsal və inkişaf nazirinin müavini Cavid Qurbanovun həmin quruma rəhbər seçildiyi barədə iddialar yayılıb.

"Cavid Qurbanova yüksək vəzifə verildi" başlıqlı xəbərlər insanlar arasında çaşqınlıq yaradıb.

Modern.az bu iddialarla bağlı Federasiya ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Cavid Qurbanov indi deyil, 2023-cü ilin aprel ayının 1-dən AAF-ya prezident seçiklib. 

"Bəzi media qurumları təyinatlar barədə xəbərləri düzgün başa düşməyiblər. Həmin xəbərdə deyilir ki, Federasiya prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyevanın görüşü olub. Görüş zamanı Oktay Mirzəyev Azərbaycan millisinin baş məşqçisi əvəzi, Michal Poqani isə tullanmalar üzrə məşqçi-məsləhətçisi təyin olunub. Media qurumlarından xahiş edirik ki, bu kimi hallarda bizimlə əlaqə saxlayıb dəqiqləşdirmə aparsınlar".

Arifə KƏRİMZADƏ

Seçilən
21
modern.az

1Mənbələr