AZ

Kemal Sunalın obrazını oğlu oynayacaq

Türkiyənin əfsanəvi aktyoru Kemal Sunalın “Zübük” filmi yenidən çəkilir.

News24.az olay-a istinadla bildirir ki, 45 il əvvəl ekranlaşdırılan layihə Ezel Akay rejissorluğu ilə yenidən lentə alınacaq.

K. Sunalın obrazını oğlu Ali Sunal oynayacaq. Məlumata görə, daha öncə də A. Sunala bu rol üçün təklif göndərilib. Lakin o, atasının canlandırdığı obrazları yenidən oynamaq istəmədiyini deyib. E. Akay nəhayət sənətçini razılığa gətirə bilib.


Seçilən
11
news24.az

1Mənbələr