Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.