Markus Reşfordun “Mançester Yunayted”i tərk etmək ehtimalı qalır.
O, xidmətində maraqlı olan “Barselona”ya şərt irəli sürüb. “Sport.es” saytının məlumatına görə, 27 yaşlı ingiltərəli hücumçu bildirib ki, “Barselona” onu icarəyə götürəcəksə, bu haqda son cavabı yanvarın 15-i daxil olmaqla verməlidi. “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin Reşfordun keçidinə razı olduğu bildirilir. Lakin klubun rəhbərlərində futbolçunun qeyri-stabil çıxışı şübhə yaradıb.
Markus bu mövsüm MY-nin heyətində 24 matçda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, İngiltərə klubuna müqavilə ilə 2028-ci ilə qədər bağlıdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta