ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, bəzi araşdırmalar boyanın xərçəngə səbəb olduğunu üzə çıxarıb.
“Qırmızı No.3” boyası xüsusilə qənnadı məmulatlarında, tortlarda, peçenyelərdə, dondurulmuş desertlərdə və kremlərdə, həmçinin bəzi dərman preparatlarında istifadə olunur.
Bu boya potensial xərçəng riskinə görə 35 il əvvəl kosmetik məhsullarda qadağan edilib.