AZ

Estetika asılılığı: Əməliyyatlar insan psixologiyasına necə təsir edir?

İnsanlarda, xüsusilə də qadınlarda xarici görünüş və estetikaya verilən əhəmiyyət tarixin hər dövründə yüksək olmuşdur. Bu, qadın təbiətinin bir hissəsidir və nə problem, nə də zəiflik əlamətidir. Əksinə, qadının xarici görünüşünə, estetikasına laqeydliyi psixoloji problemin mühüm əlaməti hesab edilir.
Estetik asılılıq və ya vəsvəsə deyə biləcəyimiz şey, qadın təbiətinin adi estetik ehtiyacları və axtarışlarından kənara çıxan çox problemli bir vəziyyətdir. Son dövrlərdə, texnoloji tərəqqi və estetik əməliyyatların asanlıqla əlçatan və əlverişli olması ilə  plastik əməliyyat etdirən qadınların və gənc qızların sayı da günü-gündən artmaqdadır. Bir xəstəlikdən qaynaqlanan və ya anadangəlmə olan fiziki problemləri aradan qaldırmağı hədəfləyən plastik cərrahiyyə son illərdə funksionallığı pozmayan və fiziki sağlamlığa təsir etməyən hallarda belə istifadə olunur. Bu cəhdlərin ümumi səbəbi qadının özündən və ya bədəninin bir hissəsindən razı olmamasıdır. Nəticədə, bu narazılığın altında yatan özünü bəyənməmək, özünə inamsızlıq kimi psixoloji halları görməzlikdən gələrək, bədəndə estetik dəyişikliklər edilərsə, insan xoşbəxt olacaq və özünü yaxşı hiss edəcəkdir.
Bədəninin hər hansı bir yerindən narazı olan, bundan narahat olan, plastik əməliyyata müraciət edən hər qadında bədən dismorfik pozğunluğu olmur. Çox vaxt insanlar narahatlıq, depressiya, obsesyon kimi psixoloji problemlər səbəbindən bədənlərinin hissələrinə qarşı həssaslıq inkişaf etdirirlər. Bədənlərinə hədsiz dərəcədə həssas olan bu insanlarda gördüyümüz ən çox görülən əsas problemlər depressiya və narahatlıq pozğunluqlarıdır. İnsan xoşagəlməz hissdən xilas olmaq üçün estetik dəyişikliyə can atır. İnsan fiziki dəyişikliyin əsl ehtiyac olduğuna inanır və bu dəyişiklik baş verdikdə xoşbəxt olacağını düşünür. lakin əksər hallarda plastik əməliyyatdan sonra ya dərin bir xəyal qırıqlığı yaşanacaq və yeni görkəmə alışa bilməyəcək, ya da dəyişiklik səbəbiylə insan qısa müddət ərzində özünü yaxşı hiss etsə də, yenidən pisliyə gedəcək.
Bədən dismorfik pozğunluğu daha çox böyümə dövründə baş verir. Bu, yetkinlik yaşına çatan zaman və ya onun ətrafında başlayır. Yeniyetmələr, həm oğlanlar, həm də qızlar, bu dövrdə öz fiziki inkişafı ilə son dərəcə maraqlanırlar. Bu dövrdə yeniyetmələrdə gözəlliyə ehtiras və vəsvəsə başlayır. Əgər yeniyetmənin yaşadığı cəmiyyət inkişaf etmiş ölkələrdə olduğu kimi arıqlığa, fiziki gözəlliyə və estetikaya son dərəcə aludə olarsa, fərdin keçdiyi dövrdə fiziki qayğılar daha da obsesif olur. İnsan davamlı olaraq özündə nöqsanlar axtarmağa, özünü bəyənməməyə, özünə qapanmağa başlayır. Bundan əlavə, bu dövrdə orta məktəb yaşlı yeniyetmələr bir-birinin fiziki xüsusiyyətlərini ələ salmağa çox meyilli olurlar. Əgər insan dəfələrlə belə hallara məruz qalırsa və bu dövrü mütəxəssisdən kömək almadan keçməyə çalışırsa, bu müddət ərzində və ya gələcəkdə bədənini qavramaqda ciddi problemlər yaşaya və bədən dismorfik pozğunluğu yarana bilər. 
Şəxsiyyət quruluşu ilə bədən dismorfik pozğunluğu arasındakı əlaqəyə nəzər salındıqda klinik müşahidələr göstərir ki, bu xəstəlik ümumiyyətlə obsesif, vasvası, daim öz bədənlərini araşdıran, özünə inamsız, pessimist və müxtəlif psixoloji konfliktlərdə olan insanlarda müşahidə olunur. 
Əksər ölkələrdə arıqlıq gözəl hesab edildiyi üçün bədənlərinə hədsiz aludə olan qadınlarda bulimiya nervoza və anoreksiya nervoza kimi qidalanma pozğunluqları yarana bilər. Qısaca desək, bulimiya sinirozası insanların həddindən artıq yemək yediyi, sonra isə özlərini qusduraraq, bağırsaqları tənzimləyən dərmanlardan istifadə edərək, həddindən artıq məşq etməklə və daim oruc tutmaqla artıq kalorilərdən xilas olmağa çalışdıqları bir xəstəlikdir. Bu davranışlar hər yeməkdən sonra təkrarlandığı üçün bir müddət sonra vərdiş halına gəlir və insanın sağlamlığına ciddi təsir edəcək xəstəliyə çevrilir. Anoreksiya nervoza, insanların kökəlməkdən hədsiz qorxduqları və nə qədər arıq olsalar da, çəkilərini həmişə həddindən artıq çox gördükləri üçün yeməkdən imtina etmələri ilə xarakterizə olunan bir problemdir. Bir insanda bədən dismorfik pozğunluğu və bulimiya nervoza birlikdə baş verə bilər. Anoreksiya nervoza xəstəsi demək olar ki, həmişə bədən dismorfik pozğunluğuna malikdir. Bu, depressiya, obsesif-kompulsiv pozğunluq, narahatlıq pozğunluğu, bədəndən narazılıq, bədən qavrayışının qismən pozulması və güclü bir psixoloji problemdir. Bədən dismorfik pozuntusu olan xəstənin bədənində dəyişiklik etmək üçün sıx istəyi olsa, problem tamamilə psixoloji hesab edilir. Əməliyyat olunmaq əsas problemi aradan qaldırmır, əksinə travmatik təsir yaradır və yeni problemlərin yaranmasına səbəb olur. 
Bəzi insanlar dəfələrlə cərrahiyyə əməliyyatı keçirlər, lakin heç vaxt razı qalmırlar. Hər cəhddən sonra vəziyyət daha da ağırlaşır. Ağır depressiyaya və intihara səbəb ola biləcək təhlükəli nəticələrlə qarşılaşma riski getdikcə artır. Bu səbəblə insanın yaxınları və plastik cərrahlar plastik əməliyyat etdirmə istəyinin altında yatan psixoloji səbəblərin olması ehtimalına qarşı çox diqqətli davranmalıdırlar. Şübhəli hallarda ilk növbədə psixoloqdan kömək istənilməlidir. Əks halda, dönməz faciələr baş verə bilər. 
Əlaqə, ünsiyyət, sosiallaşma problemləri də qadınların estetik əməliyyatlara üz tutmasına səbəb olur. Bu gün həyatın stresi səbəbiylə evliliklər davam etməkdə çox çətinlik çəkir və əksəriyyəti davamlı olaraq stress üstündədir. Cütlüklərin yaşadıqları münasibət problemləri həll olunmadıqda diqqətin başqa insanlara yönəlməsi və aldatma hadisələri müşahidə edilir. Bu vəziyyət son vaxtlar daha da artmaqdadır. Problemlərin yaşandığı həll edilməmiş mövzularda da qadınların estetik həkimləri, idman zalı və gözəllik mərkəzlərinə normaldan daha çox getməsinə səbəb olur. Son illərdə estetik cərrahiyyə daha çox gözə çarpan və asanlıqla əldə edilə bildiyi üçün həyatlarından və evliliklərindən narazı olan qadınlar ixtiyari estetik əməliyyatlarda rahatlıq axtarırlar.
Problemli bir əlaqədə olduqları zaman və yaxud aldadılmaq qorxusundan estetik dəyişikliklər axtaran qadınlarla yanaşı, yanlış rəftar və davranışları və ya narahatlıqları olan kişilər də qadınların estetika haqqında asılı olmasına səbəb ola bilər. Bəzi kişilər partnyorlarının bədəninin bir və ya bir neçə nahiyəsinə fiksasiya edir və bu məsələni daim narahatlıq mövzusu olaraq saxlayır və ya lağ mövzusuna çevirir. Özünün təqdir edilmədiyini hiss edən qadın sonda həll yolu olaraq plastik cərrahiyyəyə müraciət edir. Lakin bu zaman əsas problem, yəni həyat yoldaşları arasında münasibət problemi həll olunmur və əməliyyat qısa müddətli rifah hissini təmin etsə belə, adətən belə deyil, problemlər və həyat yoldaşları arasında münaqişə davam edir. Əsas problem həll edilmədiyi üçün əməliyyat olunan bir çox qadın baş verən dəyişiklikdən məmnun olmur, həddindən artıq peşmanlıq hissi keçirir və yaxud özünə yadlaşma və depressiya kimi daha böyük problemlər yaşayır.
Bədən dismorfik pozğunluğu, depressiya, anksiyete pozuqluğu, obsesyonlar, cütlüklər arasında yaşanan problemlər kimi psixoloji sıxıntılar kimi fundamental problemlərin qadınlarda estetik dəyişikliklər etmək üçün çox güclü bir istək yarada biləcəyini bilirik. Şiddətli estetik dəyişikliyə ehtiyac yaradan bu problemlərin həlli qadınların estetik əməliyyatdan sonra gərəksiz maddi sıxıntılara düşməsinin, ciddi xəyal qırıqlığı yaşamasının və travma almasının qarşısını alacaq, eyni zamanda yaşadıqları psixoloji sıxıntının yaratdığı fərdi, münasibət və cinsi problemləri aradan qaldırılması üçün xüsusilə vacibdir. Qadınlar müxtəlif səbəblərdən yaşadıqları psixoloji sıxıntılar səbəbiylə internet, hər hansı asılılıq, alış-veriş, təmizlik problemləri və cinsi problemlər kimi əsas çətinlik qaynaqlarından, estetik əməliyyatlardan qaçmaq üçün bir çox ikinci dərəcəli problemlər yaşaya bilər. Göründüyü kimi, bu vəziyyətdə, altda yatan problemlərə asılılıq problemləri əlavə olunur və psixoloji sıxıntının səviyyəsi hədsiz dərəcədə artır. 
Günümüzün bir növ xəstəliyi sayılan estetik əməliyyatların insan psixologiyası üzərindəki təsirləri danılmazdır. Edilməsi lazım olan, problemlərin altında yatan mənbələrin aradan qaldırılmasının zəruriliyi ilə bağlı qadınlar arasında məlumatlılığın artırılması, cütlüklərin və ailələrin lazımi məsləhət, psixoterapiya və psixoloq dəstəyindən faydalanmalarına istiqamət verməkdir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
50
olaylar.az

10Mənbələr