AZ

Bir yaşlı qızını bilərəkdən xəstələndirdi: Pul yığdı

Avstraliyanın Kvinslend əyalətində yaşayan 34 yaşlı sosial media fenomeni, dörd uşaq anası pul toplamaq üçün bir yaşlı qızını zəhərlədiyi üçün həbs edilib.

“Cebheinfo.az” xəbər verir ki, 1,1 milyon izləyicisi olan "TikTok" fenomeni Allana Harris bir yaşlı qızı Deysinin xəstəxanada müalicəsi zamanı çəkdiyi fotoları paylaşıb. O, qızının sağlamlığını bəhanə edərək ianə toplayıb. 

Harrisin qızına həkim icazəsi olmadan dərmanlar verərək onun epilepsiya, beyin şişi və digər ciddi sağlamlıq problemlərinə oxşar simptomlar əmələ gəlməsinə səbəb olduğu müəyyən edilib. 

Deysinin vəziyyətinə görə iki dəfə beyin əməliyyatı keçirdiyi, lakin bu prosedurların lazımsız olduğu və ananın həkimləri aldatdığı iddia edilib.

Dörd uşaq anası olan Harris qızının vəziyyətindən istifadə edərək həm pul, həm də populyarlıq qazanmağa çalışıb. 

O, indiyə qədər 60 min Avstraliya dolları ianə toplayıb. İttihamlardan sonra kampaniya bağlanıb. 

Hadisənin gerçək üzü Deysinin oktyabr ayında Brisbane xəstəxanasına yerləşdiriləndə ortaya çıxıb. Xəstəxana işçilərinin şübhəsindən sonra polis araşdırmalara başlayıb.

Deysinin qanındakı dərmanlar yoxlanılanda onun zəhərləndiyi anlaşılıb. 

Harris zəhərlənmə, işgəncə, fırıldaqçılıq və uşaqlara qarşı zorakılıq ittihamı ilə həbs edilib. 

Onun digər üç uşağı da qoruma altına alınıb.

Seçilən
7
cebheinfo.az

1Mənbələr