AZ

Xarici dil fənn kurikulumunun müzakirəsi təşkil edilib

Azərbaycan Respublikasının Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan xarici dil fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə universitetlərin müvafiq kafedralarının, AMEA-nın Dilçilik İnstitutunun, Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının və müəllif heyətinin iştirakı ilə keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov fənn kurikulumlarının prosesi haqqında məlumat verib və xarici dil fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Günay Nadirova xarici dil fənni üzrə kurikulumda edilən dəyişikliklər haqqında təqdimatla çıxış edib. Təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsinə, hər alt standart üçün izahın və nümunələrin verilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

Daha sonra görüş qarşılıqlı müzakirə formatında davam edib. Görüşdə mütəxəssislər təkmilləşdirilmiş standartların dərslikdə və tədris zamanı öz əksini tapmasının vacibliyini qeyd ediblər. Onlar sənədə dair rəy və təkliflərini səsləndirib, görülən işlərin əhəmiyyətini vurğulayıblar.

 

Seçilən
38
azedu.az

1Mənbələr