AZ

"Kapital Bank"ın kredit portfeli 22% böyüyüb

Ötən il "Kapital Bank"ın kredit portfeli 5 milyard 211,2 milyon  manat təşkil edib.

Bundan  da 2 milyard  939,4 milyon  manatı istehlak kreditlərinin, 1 milyard 666,4 milyon manatı biznes kreditlərinin, 605 milyon 309 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 939 milyon 385 min manat (22%), istehlak kredit portfeli 585 milyon 865 min manat (25%), biznes kreditlərinin həcmi 316 milyon 724 min manat, ipoteka kreditlərinin həcmi 36 milyon 796 min manat (6%) artıb.

Seçilən
1
fed.az

1Mənbələr