Bakı. Trend:
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyonton yük, 8531,2 min sərnişin daşınıb.
Bu barədə Trend DövlətStatistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%,sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.
Bildirilib ki, orta hesabla sutkada 369 vaqon yüklənib, 441vaqon isə boşaldılıb.
Qeyd olunub ki, sutka ərzində dəmir yolunun Şimal istiqamətiüzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənubistiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.