AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
İdman.biz xəbər verir ki, qurum cavabdeh “Difai” və iddiaçı Aleksandr Prikrostovin müraciətlərinə baxıb.
Tərəflər AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) qərarından şikayət ediblər. Klubun apellyasiyası qəbul olunmayıbsa, Prikrostov şikayəti qismən təmin edilib. OSTK-nın qərarı ləğv olunub və Tribunal tərəfindən yenisi verilib.
İddiaçının sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzində 7256,13 manat klub tərəfindən ödənilməlidir.
İdman.biz