AZ

Rusiya Kursk vilayətində ələ keçirilən ərazilərin 63,2 faizini geri qaytarıb

Rusiya Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi ərazilərin 63,2 faizini geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada bölgədə Rusiya və Ukrayna hərbi birləşmələri arasında qarşıdurmaların davam etdiyi qeyd edilib:

"Kursk vilayətində düşmən tərəfindən işğal edilmiş 1268 kvadrat kilometr ərazinin 63,2 faizi (801 kvadrat kilometr) azad edilib. Şimal Hərbi Qrupu hissələrinin hücumu nəticəsində yanvarın ilk iki həftəsində Aleksandriya, Leonidovo, Russkoye Poreçnoye və Kruqlenkoye qəsəbələri azad edildi. Ukrayna ordusu yanvarda Kursk vilayətində 5600-dən çox əsgər və 570-dən çox hərbi texnika itirib”.

Seçilən
4
publika.az

1Mənbələr