AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar azalıb

Bakı. Trend:

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ildə daşınmış yüklərinhəcmi 8621,4 min ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, 2023-cü ilə nisbətən sözügedən nəqliyyatvasitəsi ilə daşınmış yüklərin həcmi 4,3% azalıb.

Bildirilib ki, yüklərin 48,9%-ni neft yükləri təşkil edib.

Eyni zamanda dövr ərzində dəniz limanları tərəfindən 14051,7 minton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin11315,8 min tonunu və ya 80,5%-ni tranzit yüklər təşkil edib.

2025-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalanyüklərin həcmi 653,0 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı2023-cü ilə nisbətən 19,8% artaraq 28,4 min nəfər olub.

Seçilən
5
1
az.trend.az

2Mənbələr