"Vladimir Putin tərəfindən edilənlər qəbuledilməzdir, bundan şübhə yoxdur, amma müharibə bitməlidir və mən hesab edirəm ki, ABŞ-ın rəsmi siyasəti müharibənin bitməsinə yönəlməli olmalıdır", - deyə ABŞ-ın dövlət katibi postuna namizəd Marko Rubio, Rusiya ilə Ukrayna arasındakı müharibə haqqında danışarkən, ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə bildirib,.Rubio vurğulayıb ki, Ukraynanın danışıqlarda üstünlük qazanması lazımdır, amma həmçinin qeyd edib ki, Ukrayna və ABŞ, Rusiya qarşısında güzəştə getməli olacaq. "Rusiya Federasiyasından, həmçinin Ukraynadan və Birləşmiş Ştatlardan güzəştlər edilməlidir", - deyə gələcək dövlət katibi bildirib.“Ulusum”.az DW- yə istinadən bildirir ki, bu mövqe, keçmiş prezident Co Baydenin administrasiyasının yanaşmasından fərqlənir. Baydenin administrasiyası müharibənin sona çatması ilə bağlı danışıqların qərarını yalnız Ukraynanın verməli olduğunu irəli sürürdü.Səidə Mustafa
Diqqət Çəkənlər
Donald Trampın inauqurasiya mərasiminə qatılacaq məşhurların siyahısı tərtib edilib
Rusiya XİN: Bogdanov HAMAS nümayəndələri ilə telefon danışığı keçirib
XİN başçısı: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var